Kolomina: NATO Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması səylərini dəstəkləyir

NATO Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləyir.

 

Azinformasiya.az xəbər verir ki, bunu NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina X platformasında yazıb.

Xavyer Kolomina qeyd edib ki, Azərbaycan və Ermənistanın yenidən yüksək səviyyədə görüşdüyünü və uzunmüddətli sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsinin zəruriliyi barədə razılığa gəldiyini görmək çox vacibdir: “NATO Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasını qətiyyətlə dəstəkləyir”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir