Kiyevdə güclü parıltı ilə müşayiət olunan partlayış baş verib

Kiyev ətrafında güclü parıltı ilə müşayiət olunan partlayış baş verib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə UNİAN xəbər yayıb.

Hadisədən dərhal sonra baş verən partlayışın yerə peyk düşməsi ilə əlaqəli olduğu bildirilib.

Lakin NASA bunun peyk olduğunu inkar edib.

Kosmik agentlikdən bunun Kiyev ətrafına düşən göy cismi olduğu bildirilib.

NASA-nın “Alpha Centauri” layihəsinin müəllifləri bildirib ki, həqiqətən də, 2002-2018-ci illər ərzində Günəşdəki partlayışları tədqiq eləmək üçün kosmosa göndərilmiş RHESSI peyki 19 aprel tarixində atmosferə daxil olmalı idi

Lakin onun düşmə trayektoriyası Ukraynadan çox uzaq coğrafiyaya hesablanıb.

Ukrayna Hərbi Hava Qüvvələrinin qərargahı çərşənbə axşamı, yerli vaxtla saat 22:30-da Kiyev yaxınlığına fəzadan naməlum cisim düşməsi və qeyri-adi güclü işıqla müşayiət olunan partlayış faktını təsdiqləyib.

Düşmüş cisimin nə olduğu ilə bağlı araşdırma aparıldığı bildirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir