KİV: Ukraynanın Aİ üzvlüyü ilə bağlı danışıqlar marta kimi təxirə salına bilər

Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlar gələn ilin mart ayına kimi təxirə salına bilər.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə “Reuters“ agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Diplomatların sözlərinə əsasən, Macarıstan Ukraynaya veto qoysa, ölkənin Baş naziri Viktor Orbanın dəstəyi ilə Gürcüstan və Bosniyanın İttifaqa üzvlüyü məsələsini irəli sürmək cəhdləri puça çıxacaq.

Bundan əlavə, mənbə qeyd edib ki, İttifaqa üzv olan bir sıra ölkələrin liderləri Viktor Orbanı razı sala bilməyəcəklərindən narahatdır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir