KİV: Ukrayna Aİ-yə daxil olarsa, İttifaqın büdcəsindən 186 milyard avro alacaq

Ukrayna Avropa İttifaqına (Aİ) daxil olarsa, İttifaqın büdcəsindən 186 milyard avro alacaq.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.

Nəşr bildirib ki, ayrılan vəsait İttifaqa üzv olan bir sıra dövlətlər tərəfindən ödəniləcək.

Eyni zamanda qeyd olunub ki, hazırda ümumilikdə səkkiz dövlət Avropa İttifaqına daxil olmaq üçün namizəd statusuna malikdir və bu ölkələr Albaniya, Türkiyə, Şimali Makedoniya, Monteneqro, Serbiya, Moldova, Ukrayna, eləcə də Bosniya və Herseqovinadır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir