KİV: İsrail Livana zərbələr endirib, ölənlər var

Livan mediası İsrailin Bint-Cbeil şəhərinə hücumu nəticəsində ölənlərin olduğunu bildirib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Livanın Milli Xəbər Agentliyi məlumat yayıb.

Bildirilib ki, İsrailin ölkənin cənubundakı Bint Cbeil şəhərində binaya endirdiyi zərbə nəticəsində 3 nəfər həlak olub.

İsrail Müdafiə Qüvvələri bu barədə heç bir şərh verməyib.

Qeyd edək ki, Bint Cbeil “Hizbullah”ın nəzarətindədir, şəhərin böyük hissəsi 2006-cı ildə İsrail və “Hizbullah” arasında müharibə zamanı dağıdılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir