KİV: Çad prezidenti vəziyyəti nizamlamaq məqsədilə Nigerə gedir

Çad Prezidenti Mahamat İdriss Debi İtno vəziyyəti nizamlamaq üçün Nigerə gedib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə “RTL” radiostansiyası məlumat yayıb.

Məlumata əsasən, Çad lideri Nigeriya prezidenti, Qərbi Afrika İqtisadi Birliyinin (ECOWAS) hazırkı sədri Bola Tinubu ilə 30 iyul tarixində görüşdükdən sonra vasitəçilik missiyası ilə Nigerin paytaxtı Niameyə yola düşüb.

Qeyd edək ki, bu gün Nigerin paytaxtında kütləvi etiraz aksiyası keçirilib. İştirakçılar, xüsusilə də Qərbi Afrika İqtisadi Birliyinin Nigeriyanın paytaxtı Abucada keçirilən fövqəladə sammitinə etiraz etmək üçün ölkənin hərbi hakimiyyət orqanlarının çağırışını rəhbər tutaraq şəhərin küçələrinə çıxıblar.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir