KİV: Britaniyanın Ukraynaya lazım olan silahları tükənib

Böyük Britaniyanın Ukraynaya lazım olan silahları tükənib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” yüksək rütbəli hərbçiyə istinadən məlumat yayıb.

Nəşr vurğulayıb ki, Böyük Britaniya rəsmiləri hər zaman açıq şəkildə bəyanat yayaraq bildirirlər ki, dünyanın digər ölkələrində baş verən hadisələrdən asılı olmayaraq, Ukraynanı daim dəstəkləyəcəklər.

Eyni zamanda qeyd olunub ki, Ukraynaya lazımi hərbi dəstək göstərmək üçün Britaniya ordusunun imkanları tükənib.

Mənbə qeyd edib ki, Ukraynanı müxtəlif avadanlıqlarla təmin edəcəklər, ancaq indi ukraynalıların hava hücumundan müdafiə sistemlərinə və artilleriya sursatlarına ehtiyacı var və Britaniyada bu silah-sursat artıq tükənib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir