Katz Trampın İsrailin Livandan çıxacağı ilə bağlı açıqlamasına münasibət bildirib

İsrailin müdafiə naziri İsrael Katz ABŞ Prezidenti Donald Trampın İsrailin əldə olunmuş razılaşmalar çərçivəsində qoşunlarını Livandan çıxaracağı ilə bağlı bəyanatına münasibət bildirib.

 

Azinformasiya.az  “Ynet”ə istinadən xəbər verir ki, Katz bununla bağlı açıqlamasında İsrailin Livanda qalmaq üçün heç kimdən icazə almadığını vurğulayıb.

“Biz Livana daxil olmaq üçün heç kimdən icazə istəməmişik və Livanda qalmaq üçün də heç kimin icazəsinə ehtiyacımız yoxdur”, – o bildirib.

İsrailin müdafiə naziri həmçinin qeyd edib ki, ölkəsinin əsas məqsədi Qalileya bölgəsinin sakinlərini və İsrail vətəndaşlarını “Hizbullah”ın təhdidlərindən qorumaqdır.

“Baş nazir Benyamin Netanyahu və mən açıq şəkildə bildirmişik ki, “Hizbullah” bütün Livan ərazisində tərksilah edilənə və ölkənin şimal sakinlərinə qarşı təhlükə tam aradan qalxana qədər Livandakı təhlükəsizlik zonasında qalmağa və zərurət yarandıqca oradan fəaliyyət göstərməyə davam edəcəyik”, – Katz vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İsrailin Livandan çəkiləcəyini düşündüyünü bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir