Katz: “Hizbullah” hücum edərsə, ABŞ İsrailin Beyruta zərbə endirməsini dəstəkləyəcək

ABŞ İsrailin Beyrutun Dahiyə bölgəsinə potensial hücumlarına “yaşıl işıq” yandırıb.

 

Azinformasiya.az  “Al Arabiyya”-ya istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib.

Onun sözlərinə əsasən, “Hizbullah” İsrailin şimalına hücum edəcəyi halda, IDF Beyrutun Dahiyə bölgəsini hədəf alacaq, bu, rəsmi Vaşinqtonla razılaşdırılıb.

“Baş nazirlə (Netanyahu) mən yeni tənliyin qurulması üzrə koordinasiya qurduq. Əgər İsrail şəhərlərinə hücumlar davam etsə, biz Beyrutun şiə Dahiyə bölgəsini – “Hizbullah”ın yuvasını təxliyə edəcək və oranı hədəf alacağıq”, – Katz vurğulayıb.

Nazir qeyd edib ki, bu məsələ ABŞ-la razılaşdırılıb və Livan hökumətinə, eləcə də digər əlaqəli aktorlara da çatdırılıb.

“Ya İsrail icmalarına atəş dayanacaq, ya da biz Dahiyəni vuracağıq. Vəziyyət bu cür olacaq”, – Katz əlavə edib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İsrail və “Hizbullah”ın qarşılıqlı olaraq hücumları dayandırmağa razılaşdığını elan edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir