Kadırov ABŞ-yə 20 ukraynalı hərbi əsirin müqabilində onun ailə üzvlərinə qarşı sanksiyaları ləğv etməyi təklif edib

Çeçenistan rəhbəri Ramzan Kadırov ABŞ-yə 20 ukraynalı hərbi əsirin müqabilində onun ailə üzvlərinə qarşı sanksiyaları ləğv etməyi təklif edib.

 

Azinformasiya.az xəbər verir ki, Kadırov hərbi əsirlərin siyahısını Qroznıya gələn ABŞ Dəniz Piyadaları Korpusunun sabiq zabiti Skot Ritterə verib.

“Anamın, həyat yoldaşımın, qızlarımın, qardaşım uşaqlarının günahı yoxdur, onlar heç vaxt siyasi oyunlarda iştirak etməyiblər. Mən vuruşmuşam, Amerika və Qərbi Avropa dövlətləri dövlətimizə və bütün dünya müsəlmanlarına qarşı mövqeyini dəyişməyincə onlara qarşı vuraşacağam. Mənə qarşı nə istəyirsən tətbiq elə, lakin ailəmə, anama toxunmayın”, deyə Çeçenistan rəhbəri vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir