İtaliya parlamenti Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyıb

İtaliya Senatı 1932-1933-cü illər Qolodomorunu Ukrayna xalqının soyqırımı kimi tanıyıb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak “Telegram” da bildirib.

“Mən İtaliya Senatının Qolodomorun soyqırım kimi tanınmasını alqışlayıram. Bu, dəhşətli cinayətlərin təkrarlanmasının qarşısının alınması üçün əsas şərtdir”, – Yermak vurğulayıb.

O, eyni zamanda Ukraynaya çoxşaxəli dəstəyinə görə İtaliyaya təşəkkür edib.

Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan sonra bir çox ölkələrdə Qolodomorun soyqırım kimi tanınması aktual olub. Artıq Çexiya, Almaniya, İslandiya, Fransa, Bolqarıstan, Lüksemburq, Britaniya, Sloveniya, Belçika, İrlandiya, Rumıniya, Moldova, Niderland və Xorvatiya parlamentləri tərəfindən müvafiq bəyannamələr qəbul edilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir