İsrail Qəzza zolağında daha iki hərbçisini itirib

Ötən sutka ərzində İsrail Ordusu Qəzzada döyüşlərdə daha iki hərbçisini itirib.

 

Azinformasiya.az “The Times of Israel” qəzetinə istinadən xəbər verir ki, serjant Cozef Avner və çavuş Şalev Zaltsman döyüşlərdə həlak olub.

Bununla da İsrail Ordusunun Qəzzada quru əməliyyatlarına başladıqdan sonra ölən hərbçilərinin sayı 121 nəfərə çatıb.

Oktyabrın 7-də HAMAS-ın hücumu ilə başlayan qarşıdurma nəticəsində ölən İsrail hərbçilərinin sayı isə ümumilikdə 450 nəfərdir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir