İsrail ordusu Qəzzada yüksək rütbəli zabitini itirib

İsrail ordusu Qəzzada gedən döyüşlərdə yüksək rütbəli zabitini itirib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İsrael Defence Forces – İDF) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Qəzza zolağının mərkəzində HAMAS ilə döyüşlərdə İsrail ordusunun 24 yaşlı zabiti – mayor Den Videnbaum həyatını itirib.

Xatırladaq ki, HAMAS təşkilatının İsrail ərazisinə raket zərbələri endirməsinə cavab olaraq 7 oktyabrda İsrail ordusu “Dəmir qılınclar” (Iron swords) əməliyyatına başladığını bəyan edib. Hərbi əməliyyatlar 99 gündür davam edir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir