İsrail ordusu Livanın cənubunda bir qrup radikala qarşı hava hücumu təşkil edib

İsrail hərbçiləri Livanın cənubunda tank əleyhinə raketlərlə silahlanmış bir qrup radikala hücum edib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, Şeba qəsəbəsi ərazisinə o zaman zərbə endirilib ki, İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları görüblər ki, silahlı dəstə İsrail ərazisini atəşə tutmağa hazırlaşır.

Bundan başqa, səhər saatlarında İsrail hərbçiləri şiə Hizbullah təşkilatının təyyarəsinin İsrail ərazisinə düşməsini qeydə alıb. Mətbuat xidmətinin məlumatına əsasən, qurğu İsrail-Livan sərhədindəki Har Dov dağı ərazisinə düşüb, tələfat və dağıntılar barədə məlumat yoxdur.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir