İsrail Livanın cənubunu bombalayıb

İsrail Livanın cənubuna, ölkə ilə sərhəddəki Beyt-Hillel qəsəbəsinə aviazərbələr zərbələr endirib.

 

Azinformasiya.az “Al-Jazeera”ya istinadən xəbər verir ki, “Hizbullah”ın Əl-Hiyam şəhərindəki bazası da onların hədəfində olub.

Bildirilib ki, bu addım “Hizbullah”ın iki kamikadze-dronla İsrail ilə sərhədə hücumuna cavab xarakteri daşıyır.

Hadisə şahidləri silsilə partlayışların eşidildiyi barədə məlumat verib.

Qeyd edək ki, “Hizbullah”ın bir qədər əvvəl sərhəddəki Kiryat-Şimona şəhəri ərazisinə PUA-larla hücumu nəticəsində bir nəfər ölüb, ikisi isə yaralanıb.

Sözügedən terror təşkilatı özlərinə məxsus teleqram kanalları vasitəsilə hücumun baş verdiyini təsdiqləyib. Bildirilib ki, atılan raketlərin hər biri hədəfi zərərsizləşdirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir