İsmayıllıda yol qəzası baş verib, xəsarət alanlar var

İsmayıllıda iki avtomobil toqquşub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Qurbanəfəndi kəndində baş verib. “Mercedes” və “İsuzu” markalı avtomobillərin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Ələsgərli Elşen Söhrab oğlu və 2000-ci il təvəllüdlü Abbasov İslam Əmirşah oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir