İsmayıllıda maşın betona çırpılıb, iki nəfər xəsarət alıb

İsmayıllıda gecə saatlarında avtomobil qəzası olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə nəticəsində “Mercedes Vito” markalı avtomobil idarəetmədən çıxaraq beton maneəyə çırpılıb.

Hadisə nəticəsində sərnişinlər 38 yaşlı Elman Şıxamirov və 41 yaşlı Ələddin Turacov ağır dərəcəli müxtəlif bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir