İsmayıllıda iki avtomobil toqquşub, xəsarət alanlar var

İsmayıllıda iki avtomobil toqquşub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə dünən axşam saatlarında İsmayıllı rayonunun Quşencə kəndində baş verib. Kənd sakini, 1993-cü il təvəllüdlü Babazadə Şəhriyar Vahid oğlunun idarə etdiyi “Ford Tranzit” və Ruzi Məcidovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində sürücülər və “Ford”dakı biri azyaşlı olmaqla 3 sərnişin xəsarət alıb.

İsmayıllı sakini, 1991-ci il təvəllüdlü Məcidov Ruzi Arzu oğlunun vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir