İsmayıllıda avtomobil yük maşınına çırpılıb

İsmayıllıda avtomobil yük maşınına çırpılıb.

 

Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Bədo adlanan ərazisində baş verib. “Tofaş” markalı avtomobil idarəetməni itirərək “KamAZ” markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində İsmayıllı sakini 1978-ci il təvəllüdlü Ziliyev Vüqar Təşkilat oğlu və Laçın sakini 1990-cı il təvəllüdlü Məmmədov Elvin Əvəz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Hazırda vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir