İraqlı qruplaşma ABŞ-ın hərbi bazasına hücuma görə məsuliyyəti üzərinə götürüb

“İraqın İslam Müqaviməti” adlı hərəkatı ABŞ-ın İordaniya-Suriya sərhədindəki hərbi bazasına pilotsuz uçan aparatla endirilən zərbənin məsuliyyətini öz üzərinə götürüb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə “The Washington Post“ adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.

Nəşrin adının çəkilməsini istəməyən həmsöhbəti bildirib ki, bir neçə qrupu birləşdirən hərəkat hücuma görə məsuliyyəti öz üzərinə götürür.

Xatırladaq ki, ABŞ-ın İordaniya-Suriya sərhədindəki hərbi bazasına hücum zamanı 3 amerikalı hərbçi ölüb, 30-dan çoxu yaralanıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir