İranda zəlzələ olub

İranın Hörmüzqan əyalətində 4,1 bal gücündə zəlzələ olub.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar çərşənbə axşamı saat 01:45 radələrində əyalətin Fərğan şəhəri yaxınlığında qeydə alınıb.

Məlumata əsasən, zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Hadisə nəticəsində insan tələfatı və ya dağıntılar barədə hələlik məlumat verilməyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir