İranda zəlzələ baş verib, üç vilayətdə hiss edilib

Bu gün səhər saatlarında İranın Xuzistan vilayətinin Hüseyniyyə şəhəri yaxınlığında 4,5 bal gücündə zəlzələ baş verib.

 

Azinformasiya.az  xəbər verir ki, zəlzələ İranın qərb və cənub-qərbində yerləşən Xuzistan, İlam və Luristan vilayətlərinin sərhəd bölgələrində hiss olunub.

Zəlzələ nəticəsində ölən və xəsarət alanlar, eləcə də mümkün dağıntılar barədə hələlik məlumat daxil olmayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir