İranda Gərmsar sənaye şəhərində güclü partlayış olub.
Azinformasiya.az xəbər verir ki, bu barədə Gərmsar Qızıl Aypara Cəmiyyətinin sədri Həmid Məcidi IRNA-ya məlumat verib.
Onun sözlərinə əsasən, hadisə yerinə Qızıl Aypara, Fövqəladə Hallar və Yanğından Mühafizə İdarəsinin əməliyyat qrupları göndərilib.
Sədr indiyədək ard-arda 3 partlayışın baş verdiyini vurğulayıb: “Yanğının sahəsi böyükdür. Növbəti partlayışların baş vermə ehtimalı yüksəkdir”.
Azinformasiya.az