İranda avtobus dərəyə aşıb, 5 nəfər ölüb

İranın şərqində yerləşən Xorasan əyalətinin Kaşmər şəhərində mikroavtobus dərəyə yuvarlanıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə İran Yol Polisi məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində nəqliyyat vasitəsində olan 5 qadın ölüb, bir neçə sərnişin yaralanıb.

İlkin məlumata görə, qəzanın başlıca səbəbi əyləc sistemində yaranan nasazlıq olub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir