İran XİN rəhbəri: Hörmüzün açılması üçün ABŞ-a yeddi günlük plan təklif etmişik, seçim onlarındır

Hörmüz boğazının açılması üçün ABŞ-a yeddi günlük plan təqdim etmişik, indi seçim onlarındır.

 

Azinformasiya.az “Tasnim”ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

Əraqçi dialoq yolunun açıq saxlanılmasının zəiflik yox, məsuliyyət hissi olduğunu qeyd edib.

“Qətər vasitəsilə ABŞ-a yeddi günlük plan təqdim etmişik. Bildirmişik ki, lazımi şərtlərin yerinə yetiriləcəyi təqdirdə, Hörmüz boğazı açıla bilər və gəmilərin gediş-gəlişi yeddi gün ərzində adi qaydasına qayıda bilər. İndi, seçim ABŞ-ındır”, – Əraqçi vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir