İranın xarici işlər naziri Abbas Əraqçi Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasla telefon danışığı aparıb.
Azinformasiya.az xəbər verir ki, telefon danışığı zamanı tərəflər regional və beynəlxalq gündəlikdə yer alan son hadisələri, gərginliyin azaldılması yollarını, həmçinin regionda sabitlik və təhlükəsizliyin təmin olunması məsələlərini müzakirə ediblər.
Azinformasiya.az