İran XİN başçısı: Yəmənlilər İrandan əmr almırlar

Yəmənlilər İrandan əmr almırlar.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian CNBC telekanalına müsahibəsində deyib.

“Qırmızı dənizin təhlükəsizliyi İran üçün vacibdir. İran ABŞ-dən Qəzzada müharibəni dayandırmasını istəyir. Fələstin xalqını müdafiə edən Yəmən xalqı və digər region ölkələri öz maraqlarına uyğun hərəkət edir və bizdən əmr almırlar”.

Abdullahian İranın İraq və Suriyaya son raket hücumu haqqında isə qeyd edib ki, bu hücumlar terrorla mübarizə və qanuni müdafiəyə uyğun olub: “Bizim milli maraqlarımızın təmin olunması ilə bağlı heç bir ölkə ilə hansısa bir qeyd-şərtimiz yoxdur”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir