İran XİN: ABŞ öz öhdəliklərinə heç bir dəyər vermir

ABŞ öz öhdəliklərinə heç bir dəyər vermir.

 

Azinformasiya.az  xəbər verir ki, İran Xarici İşlər Nazirliyi bu gün səhər saatlarında ABŞ-ın ölkənin cənub sahillərində yerləşən bir neçə müşahidə və nəzarət obyektinə endirdiyi hava zərbələrini kəskin pisləyib və bunu BMT Nizamnaməsinin, o cümlədən müharibənin dayandırılmasına dair memorandumun pozulması kimi qiymətləndirib.

Nazirlik ABŞ-ı öhdəliklərini pozmaqda ittiham edərək bildirib ki, bu hücumlar ABŞ-ın üzərinə götürdüyü öhdəliklərə heç bir dəyər və etibar vermədiyini göstərir.

İran Xarici İşlər Nazirliyi, eyni zamanda vurğulayıb ki, İran BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, hər hansı hərbi təcavüzə qarşı öz milli suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək hüququna malikdir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir