İmişlidə 29 yaşlı kişi göldə boğulub.
Azinformasiya.az xəbər verir ki, İmişli şəhər sakini, 1995-ci il təvəllüdlü Aslanov Elşad Şükür oğlu Ağ göl adlanan ərazidə qayığın aşması nəticəsində göldə boğulub.
Onun meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az