Hindistanda zavodda partlayış baş verib, 11 nəfər ölüb

Mərkəzi Hindistanın Madxya-Pradeş ştatına daxil olan Bayraqarx yaşayış məntəqəsindəki gizli şəkildə fəaliyyət göstərən pirotexniki qurğular zavodunda partlayış baş verib.

 

Azinformasiya.az TASS-a istinadən xəbər verir ki, partlayış nəticəsində azı 11 nəfər həlak olub.

Altmış nəfərdən artıq şəxsin yaralandığı bildirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir