Hindistanda oyun meydançası yanıb, 20 nəfər ölüb

Hindistanda anqardakı uşaq oyun meydançasında güclü yanğın olub.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.

Hadisə Qucarat ştatında baş verib.

Baş verən yanğında çoxu uşaq olmaqla 20 nəfər ölüb.

Yanğının səbəbləri hələlik məlum deyil.

Yanğın nəticəsində anqarın dam örtüyü uçub. Yanğınsöndürənlər dağıntılar altında qalnaların olduğunu ehtimal edirlər.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir