Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin Xarici İşlər nazirliklərinin siyasi direktorları ilə görüşüb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X” səhifəsində bildirib.
Hikmət Hacıyev görüş zamanı səmərəli fikir mübadiləsi apardıqlarını qeyd edib.
Prezidentin köməkçisinin sözlərinə əsasən, bu, “Nordic-Baltic Eight (NB8)” ölkələrinin Xarici İşlər nazirliklərinin siyasi direktorlarının Azərbaycana ikinci belə səfəridir.
O, “Nordic-Baltic Eight (NB8)” ölkələri ilə Azərbaycan arasında siyasi dialoq və məsləhətləşmələrin davamlı şəkildə inkişaf etməsindən məmnunluğunu vurğulayıb.
Azinformasiya.az