Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə diplomatik mənbədən bildirilib.
Qeyd olunub ki, telefon danışığı qarşı tərəfin xahişi ilə baş tutub.
Tərəflər regional və qlobal məsələləri, ABŞ-Türkiyə münasibətlərini müzakirə ediblər:
“Telefon danışığında münasibətlərdə müttəfiqlik ruhuna uyğun hərəkət etməyin vacibliyi vurğulanıb. İsveçin NATO-ya üzvlüyü, F-16 məsələsi və müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunan mövzular arasında olub. Həmçinin İsrail-Fələstin gərginliyi də müzakirə edilib. Qəzza və İordan çayının qərb sahilində vəziyyətin getdikcə pisləşdiyinə diqqət çəkən xarici işlər naziri Fidan hücumları dayandırmaq üçün ABŞ-ni İsrailə təsirindən istifadə etməyə çağırıb. Baş diplomatlar bildirib ki, atəşkəsdən sonra İsrailin iki dövlətli həllə əsaslanan ədalətli və daimi sülhün üçün danışıqlara cəlb olunmalıdır”.
Azinformasiya.az