Hakan Fidan: “Türkiyə olaraq üçüncü ölkələrin öz münaqişələrini bölgəyə gətirməsini istəmirik

“Türkiyə olaraq üçüncü ölkələrin öz münaqişələrini bölgəyə gətirməsini istəmirik”.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün Qətərdə həmkarı Şeyx Məhəmməd bin Əbdülrahman Əl Sani ilə birgə mətbuat konfransı zamanı bildirib.

H. Fidan “bu vəziyyətdə qurban nə İsrail, nə də İrandır. Qəzza xalqıdır” deyə vurğulayıb.

Onun sözlərinə əsasən, İsrailin Baş naziri Benyamin Netanyahunun hakimiyyətdə qalmaq üçün bölgəni müharibəyə sürükləməyə çalışdığı açıq-aşkardır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir