Hakan Fidan: “Türkiyə qlobal haqsızlıqlara və səhvlərə qarşı səsini qaldırmaqdan çəkinməyəcək”

Türkiyə qlobal haqsızlıqlara və səhvlərə qarşı səsini qaldırmaqdan, həqiqəti müdafiə etməkdən əsla çəkinməyəcək.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Yeni illə bağlı sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə əsasən, indi beynəlxalq siyasi sistemdə qeyri-müəyyənliklər, sabitsizliklər hökm sürür: “Belə bir vaxtda Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə həyata keçirdiyimiz xarici siyasət kursu nəticəsində Türkiyə mühüm regionlarda əhəmiyyətli aktora çevrilib. 2024-cü ildə də əxlaqi dəyərlərə bağlı rasional və təsirli xarici siyasətimizi davam etdirəcəyik”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir