Gürcüstanın müdafiə naziri Azərbaycanda səfərdədir

Gürcüstanın müdafiə naziri İrakli Çikovaninin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

 

Azinformasiya.az  xəbər verir ki, məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, gürcü nazir əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarını ziyarət edərək öz ehtiramını bildirib.

İrakli Çikovaninin rəhbərlik etdiyi nümayəndə, həmçinin Şəhidlər Xiyabanını ziyarət edərək “Əbədi məşəl” kompleksinin qarşısına əklil qoyub.

Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, İrakli Çikovani Bakıya səfəri çərçivəsində azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənovla təkbətək görüş keçirəcək. Tərəflər daha sonra geniş tərkibdə müdafiə sahəsində əməkdaşlığın istiqamətlərini müzakirə edəcəklər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir