Gürcüstanda torpaq sürüşməsi olub, 3 nəfər itkin düşüb

Güclü yağışlar Gürcüstanın Quriya və Acarıstan regionlarında torpaq sürüşməsinə səbəb olub.

 

Azinformasiya.az xəbər verir ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) yayıb.

Bildirilib ki, qurumun bölmələri fəlakət bölgəsinə səfərbər ediliblər və hazırda sürüşmə nəticəsində itkin düşdüyü bildirilən üç nəfərin axtarışları davam etdirilir. Məlumata əsasən, itkin düşənlərdən ikisi azyaşlıdır.

Quriya və Acarada güclü yağışların, eyni zamanda daşqınlara səbəb olduğu, DİN-in 112 “qaynar xətt”inə 100-dən çox yardım çağırışı daxil olduğu qeyd olunub.

Həmçinin bildirilib ki, yağış səbəbilə yaşayış evləri su altında qalıb, ağaclar qırılıb, torpaq uçqunu səbəbilə Quriya regionunun bəzi kəndləri ilə əlaqə kəsilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.