“Gürcüstan Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sərhədin delimitasiyası prosesinin başlanması ilə bağlı əldə etdiyi razılaşmanı alqışlayır”.
Azinformasiya.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşımda qeyd olunub.
“Gürcüstan regionda davamlı sülhün təmin edilməsində maraqlıdır və iki qonşu ölkə arasında sülh və etimadın yaradılması prosesinə töhfə vermək üçün güclü öhdəliyini bir daha təsdiq edir”, Gürcüstan XİN bildirib.
Azinformasiya.az