Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında memorandum imzalanıb

Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında memorandum imzalanıb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə mətbuata açıqlamasında bildirib.

O, Gürcüstan və Ermənistanın hər zaman strateji dost və tərəfdaş olduqlarını, bu reallığın bu gün rəsmiləşdirildiyini qeyd edib.

“Biz ənənəvi olaraq tarixən çox güclü müttəfiq, dostuq, yalnız qonşu deyilik. Bizim çox yaxşı tərəfdaşlığımız, münasibətlərimiz bütün istiqamətlərdədir. Bu gün bu reallıq, vəziyyət rəsmiləşib və biz rəsmi olaraq strateji tərəfdaşlıq haqqında əməkdaşlıq sazişini imzaladıq”, – Gürcüstan Baş naziri bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir