Gürcüstan Prezidenti azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib

Gürcüstan Prezidenti Salome Zurabişvili azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Gürcüstan lideri “Facebook” hesabında paylaşım edib.

“Mən azərbaycanlı həmvətənlərimizin Novruz bayramını təbrik edirəm. Qoy təbiətin yenilənməsinin qeyd edildiyi bu gözəl bahar bayramı sizin həyatınıza xoşbəxtlik və firavanlıq gətirsin”, – Zurabişvili qeyd edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir