Güclü leysan İsmayıllıda fəsadlar törədib

Güclü leysan yağışları İsmayıllı rayonunun Mollaisaqlı kəndində fəsadlar törədib.

 

Azinformasiya.az xəbər verir ki, yağan güclü yağış nəticəsində evlərə və təsərrüfatlara ciddi ziyan dəyib, xırda buynuzlu heyvanları sel aparıb, həyətyanı sahələrdə əkilən təsərrüfata olduqca böyük ziyan dəyib. İlkin məlumatlara görə, bir çox texnika əraziyə cəlb olunub. Hazırda kəndin işıq, qaz, su təchizatı dayandırılıb. Yağış davam edir, kəndə giriş məhdudlaşıb.

İlkin məlumatlara görə, 90 başa yaxın iri buynuzlu mal qara və 150 başdan çox xırda buynuzlu heyvanı sel suları aparıb. Sel nəticəsində, kəndin içməli su təchizatı və digər sahələrinə də ciddi ziyan dəyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir