Göygöldə restoranda yanğın olub

Göygöldə yanğın hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Topalhəsənli kəndində baş verib. Kənd ərazisində yerləşən ailəvi istirahət mərkəzində yanğın olub. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

FHN-in hadisə barədə məlumatında bildirilib ki, Göygöl rayonunun Topalhəsənli kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli obyektin (restoran kimi fəaliyyət göstərir) yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir