Göygöldə yol qəzası olub.
Azinformasiya.az xəbər verir ki, hadisə Gəncə-Daşkəsən yolunun rayonun ərazisindən keçən hissəsində baş verib.
Minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Azinformasiya.az