Göygöldə 43 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb

Göygöldə bıçaqlanma hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Qızılca kəndində baş verib.

Kənd sakini, 43 yaşlı Xəyal Əsgərov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Xəstə dərhal əməliyyat edilib, vəziyyəti kafi olaraq qiymətləndirilir.

Məlumata əsasən, X.Əsgərov tanışı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparlır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir