Göyçay sakinini avtomobil vurub

Göyçay sakinini avtomobil vurub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Cəyirli kəndi ərazisində qeydə alınıb.

Dünən gecə saat 21:45 radələrində piyada Kürdəmir kənd sakini 1954-cu il təvəllüdlü Kərimov Mehman Tapdıq oğlunu VAZ 2106 markalı avtomobil vurub.

Rayon mərkəzi xəstəxanasına çatdırılan piyadanın hazırda vəziyyəti kafidir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir