Goranboyda yük maşınları toqquşub, 1 nəfər xəsarət alıb

Goranboyda yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Bakı- Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib. “Isuzu” və “Hyundai” markalı yük maşınları toqquşub. Qəza nəticəsində bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir