Goranboyda qəza baş verib, xəsarət alanlar var

Goranboyda yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Səfikürd kəndində baş verib.

Hərəkətdə olan VAZ markalı minik avtomobili traktorla toqquşub. Qəza zamanı xəsarət alıb xəstəxanaya yerləşdirilən 6 nəfərin vəziyyətinin kafi olduğu bildirilir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir