Goranboyda qəza baş verib, xəsarət alan var

Goranboyda yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “Mercedes” markalı minik maşını “Ford Transit” markalı yük maşınına arxadan çırpılıb.

Qəza zamanı minik maşınının sürücüsü xəsarət alıb.

İlkin məlumata əsasən, qəzaya səbəb yağışlı hava olub.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir