Goranboyda minik avtomobilli aşıb, 2 nəfər xəsarət alıb

Goranboyda yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Səfikürd kəndinin yaxınlığında baş verib.

Hərəkətdə olan minik avtomobili yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü 1994-cü il təvəllüdlü Hamlet Rəhimov və onun anası 1967-ci il təvəllüdlü Məhbubə Rəhimova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir