Goranboyda maşın divara çırpılıb, 1 nəfər ölüb

Goranboyda ölümlə nəticələnən yol qəzası olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Nadirkənd kəndində baş verib.

Hərəkətdə olan “VAZ 2106” markalı minik maşını divara çırpılıb. Nəticədə maşında olan sərnişin 1987-ci il təvəllüdlü Natiq Abdıyev hadisə yerində dünyasını dəyişib.

Sürücü isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir